2024-cü ildən magistraturaya qəbul imtahanlarında yenilik olacaq. Belə ki, bu il magistraturaya qəbul imtahanında kitabçaların iştirakçılara təqdim olunması nəzərdə tutulub.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Magistraturaya qəbul imtahanı KEÇİRİLƏCƏK – Bu tarixdə
“Bu yaxınlarda keçirilən sınaq imtahanında da bakalavrlara kitabçaları özləri ilə aparamağa icazə verildi. Hətta əlavə olaraq tapşırıqların izahı əvvəlcə canlı yayım, daha sonra isə yazılı şəkildə ictimaiyyətə təqdim olundu” – deyə, qurum rəsmisi bildirib.
Nuranə Daxilqızı, Bizim.Media