"İslamda bir ədəb qaydası da var ki..."

Hazırda oxunan: "İslamda bir ədəb qaydası da var ki..."

173812
Bakı metropolitenində iki gəncin öpüşməsi cəmiyyətdə geniş müzakirə olunur. Kimlərsə bunu normal, kimlərsə də baş verənləri əxlaqsızlıq adlandırır.xa0

Bəs İslam dini cəmiyyətdə geniş ilgi görmüş bu olayla bağlı nə deyir?xa0

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov məsələ ilə bağlı Moderator.az -a açıqlama verib:

“Bizim vətənimizdə həmişə ədəb, əxlaq, böyüyə, kiçiyə hörmət məsələləri qorunub saxlanılıb. Gənclərimiz bəzən dəliqanlı olurlar, bir çox məsələləri, ədəb, əxlaq, mədəniyyət qaydalarını ya bilərəkdən, ya da bilmədən pozurlar. Bu halda cəmiyyətdə natarazlıq yaşanır. İnsanlar bir-birlərini anlamırlar. Bütün bunlar təkcə bəzilərinin dediyi kimi qərbdən qaynaqlanmır. Bu cür məsələlərdə ailə tərbiyəsinin də böyük əhəmiyyəti var. Məsələn biz uşaqlıqda, hətta yeniyetmə çağlarımıza qədər həmişə ata anamızın yanında oturub televizora baxmazdıq. xa0İndinin özündə böyümüşük, övladlarımız var, yenə də valideynlərimizin yanında utanırıq, sərbəst ola bilmirik, aramızda böyük pərdələr var. Bunlar qədimdən qalan adət-ənənələrimizə uyğun ədəb-əxlaq qaydalarıdır. Ancaq bu gün bizim gənclərimiz elə deyil. Bunu misal üçün deyirəm. Əvvəlki dövrlə indinin arasında yerlə göy qədər fərq var. İndi bunu bəziləri müasirlik, bəziləri qərb mədəniyyəti ilə əlaqələndirirlər. Ancaq bu doğru yanaşma deyil. Bizim həm qədimdən qalan türk xalqlarına mənsub mədəniyyətimiz, həm də islam mədəniyyətimiz bizə kifayət edir ki, bizim gənclərimiz belə hallara yol verməsinlər. xa0Üstəlik islam əxlaqı bizə kifayət edir ki, ictimai yerlərdə gənclərimiz insanların gözləri qarşısında xəlvətdə qalmasınlar. Cütləşib özlərini nümayiş etdirməsinlər. Bu əlbəttə islam dini baxımından günah və haram hesab edilir. Çünki, dinimizə görə kəbini kəsilməyən bir cütlüyün əl-ələ verməsi belə haram və günah hesab edilir. Üstəlik kəbinli olduqları halda insanlar qarşısnda müəyyən açıq-saçıqlığa yol vermələri, toxunmaları və.s. ədəb-əxlaq prizması baxımından da qəbul olunmur. Ancaq bura şəhər yeridir, gənclər azad düşüncəli olmaq istəyirlər, olsunlar. Buna reaksiya necə olmalıdır. Bu da islam dini ədəb-ərkanına uyğun şəkildə olmalıdır. Həmin gənclərə yaxınlaşıb mülayim şəkildə bu etdiklərinin doğru olmadığını, ictimai yerlərdə belə hərəkətə yer verməyin ədəbsizlik olduğunu, uşaqlara pis nümunə olmalarını izah etmək lazımdır.

Belə halda nəsihət etdikdə çox hallarda gənclər dinləyir. Ancaq bəzən bu kimi hallara sərt reaksiyalar da verilir ki, bu da insanların xasiyyətinə, xarakterinə, nə dərəcədə dözümlü olub olmamalarına bağlıdır. Bəlkə də həmin anda jurnalist dostumuz etdiklərində haqlı olub. Bəlkə də əvvəlcədən onlara yaxınlaşıb deməsi daha doğru olardı. Əgər onlar deyiləni nəzərə almasaydılar onda sərt təpki vermək olardı. Müasir hüquq baxımından isə bu da doğru yanaşma hesab edilmir. Ona görə ki, ölkəmiz müasir dünyəvi ölkədir. İnsanlar etdiklərində sərbəstdilər. Ancaq belə hallarda həm dünyəvi hüquqda, həm də islam hüquqda əsas adət-ənənə üstünlük təşkil edir. Bizim dinimizdən başqa adət-ənənələrimizdə də gənclərin belə hərəkətləri yaddır. Təbii olaraq da gənclərimiz sərt təpkiyə məruz qalıblar. Ümumiyyətlə bu kimi hallarla hər birimiz gündəlik qarşılaşırıq. Ancaq belə sərt reaksiyanı qələmə alıb paylaşması gündəmin mövzusuna çevrilib. Bəzən bundan da betər müşahidələrimiz olur. Ancaq bunu insanların öz vicdanına həvalə edirik. İslamda bir ədəb qaydası da var ki, insan bir pislik gördükdə onu əli ilə düzəltməlidir. Bu Allah Rəsulunun hədisində belə ifadə edilir: “Sizdən biriniz bir günah iş gördükdə (kiminsə günah, haram iş gördüyünü gördükdə) onu əli ilə dəyişdirsin, ona gücü çatmazsa dili ilə dəyişdirsin (yəni sözlə o günah edəni o əməldən çəkindirsin), ona da gücü çatmazsa qəlbi ilə nifrət etsin (yəni ürəyində həmin günah işi günah iş olaraq bilsin)”x9d. Bunu ifadə etdikdən sonra Allah Rəsulu buyurub ki, qəlbi ilə həmin haram, günah işə qəlbində nifrət etməsi onun imanının ən zəif olduğunu göstərir. Bu o deməkdir ki, belə açıq-saçıq günahları gördükdə Xaqani bəyin etdikləri imanın ən üstün forması olub. Ancaq bir məsələ də var ki, insan etdiyi yaxşılığı yaymamalıdır. Əgər bir insan hardasa bir günah işi görürsə onun düzəlməsinə çalışırsa ən yaxşısı budur ki, etdiyi bu əməli gizli saxlasın. Çünki, etdiyi yaxşılıqları yayması riya, yəni özünü göstərmək sayılır, bunun da nəticəsində görülən yaxşı işin savabı azalır. Bu qeyd etdiklərim islam dininin ədəb ərkanları baxımındandır.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin