“Səlahiyyətlərimiz çərçivəsində hansısa irad varsa, ona adekvat ölçü götürəcəyik” – MSK sədri

Hazırda oxunan: “Səlahiyyətlərimiz çərçivəsində hansısa irad varsa, ona adekvat ölçü götürəcəyik” – MSK sədri

173796

“Bütün seçkilərdə müstəqil mətbuat mərkəzi yaradırıq. Bunun əsas məqsədi ondan ibarətdir ki, səsvermə zamanı və səsvermədən sonra bütün  proseslərin aşkar həyata keçirilməsi üçün şərait yaradaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O, bu mərkəzin imkanlarından həm yerli, həm də xarici mətbuat nümayəndələrinin istifadə edə biləcəyini bildirib:

“Həm Azərbaycana gələn nümayəndələr, həm də Azərbaycanda seçkilərlə maraqlananlar, siyasi partiyalar, onların nümayəndələri istədikləri vaxt mərkəzdə mətbuat konfransları keçirib, bu və digər məsələlər barədə öz fikirlərini ortaya qoysunlar.

Biz də öz səlahiyyətlərimiz çərçivəsində əgər hansısa irad varsa, ona adekvat ölçü götürək”.

Komissiya sədri onu da vurğulayıb ki, MSK müstəqil mətbuat mərkəzinin fəaliyyətinə xüsusi əhəmiyyət verir:

“Çünki dünyada heç bir ölkə miqyaslı hansı səviyyədə keçirilməsinə dünya ictimaiyyətinə, daxili ictimaiyyətə çatdırmaq mümkün deyil.

Müşahidə baxımından tam müstəqil olduğunuz kimi, mərkəzin fəaliyyətindən də istifadə edə bilərsiniz".

Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin