Məzahir Pənahovdan beynəlxalq müşahidəçilərə ÇAĞIRIŞ

Hazırda oxunan: Məzahir Pənahovdan beynəlxalq müşahidəçilərə ÇAĞIRIŞ

173793

Növbədənkənar prezident seçkisi ilə əlaqədar yaradılmış Müstəqil Media Mərkəzinə baxış keçirən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov beynəlxalq müşahidəçiləri azad olunmuş ərazilərdə seçkiləri izləməyə çağırıb. 

Bizim.Media xəbər verir ki, Məzahir Pənahov bildirib ki, beynəlxalq müşahidəçilər Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə gedərək orada yaradılmış seçki mühiti ilə tanış ola bilərlər. 

“Kütləvi informasiya vasitələrinin nümayəndələrindən də bu məsələni gündəmə gətirmələrini istərdim”, - deyə Məzahir Pənahov əlavə edib. 

“Seçkilərdə xüsusilə beynəlxalq müşahidəçilər düzgün müşahidə aparmaq missiyasını yerinə yetirməlidirlər. Onlar bütün ölkə ərazisində, o cümlədən azad olunmuş ərazilərdəki seçki prosesini müşahidə etməlidirlər. Bunu ən yüksək səviyyədə onların diqqətinə çatdırmaq lazımdır”, - deyə Məzahir Pənahov əlavə edib. 
Qeyd edək ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Seçkidə 7 prezidentliyə namizəd mübarizə aparacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin