Tağı İbrahimov partlayış olan mebel sexindən danışdı: "Qardaşım yalan deyir"

Hazırda oxunan: Tağı İbrahimov partlayış olan mebel sexindən danışdı: "Qardaşım yalan deyir"

173789

Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında partlayış baş verən mebel sexinin sahiblərindən biri, Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Tağı İbrahimov açıqlama verib. 

Bizim.Media xəbər verir ki, Tağı İbrahimov demokrat.az-a açıqlamasında sözügedən mebel sexinin sahibi olduğunu inkar edib.

"Yanan mebel sexi mənim deyil, bunun bizimlə əlaqəsi yoxdur".

Hazırda Türkiyədə olduğunu deyən Tağı İbrahimov qardaşı Hacı İbrahim Nehrəmlinin fikirlərini də yalanlayıb: 

"Qardaşım yalan deyir, o obyektin mənimlə heç bir əlaqəsi yoxdur. O bina Həmid müəllimin olub, o da bir neçə il əvvəl icarəyə verib".

Qeyd edək ki, bundan əvvəl "Qaynarinfo" saytı sözügedən mebel sexinin Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsus olması barədə məlumat yayıb. Belə ki, Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodu "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.

Sexin təsisçisi Tağı İbrahimov və "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmlidir. Daha sonra Hacı İbrahim Nehrəmli də sözügedən sexin sahibinin qardaşı Tağı İbrahimov olduğunu sayta təsdiqləyib.

Onu da qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə 24 nəfər xəsarət alıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin