Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində bacı-qardaş batıb.
Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Sabirabad sakini Kürdə batdı
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Bizim.Media