Ötən ilin noyabr ayından Cəlilabad rayonu üzrə 339 nəfər qızılca virusuna yoluxub.
Bizim.Media-nın Cənub bürosunun əldə etdiyi məlumata görə, onlardan 236 nəfəri 18 yaşdan kiçiklər və 103 nəfəri 18 yaşdan böyüklərdir.
Hazırda aktiv xəstə sayı 73 nəfərdir. Onlardan 69 nəfəri ambulator, 4 nəfəri isə stasionar şəraitdə müalicə alır.
Ötən ilin dekabrın 1-dən toplam QPM peyvəndi vurulan uşaqların sayı 2104 nəfərdir.
Ötən gün 17 nəfər bu virusa yoluxub. Hələlik bu say rayon ərazisində yoluxma ilə bağlı qeydə alınmış rekord hesab olunur.
Qeyd edilir ki, yoluxma sayındakı artımı havaların kəskin soyuması ilə əlaqədardır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
22:13 / 16.01.2024
Cəlilabadda sutka ərzində qızılcaya yoluxmada rekord YAŞANIB
Hazırda oxunan: Cəlilabadda sutka ərzində qızılcaya yoluxmada rekord YAŞANIB
Hazırda oxunan: Cəlilabadda sutka ərzində qızılcaya yoluxmada rekord YAŞANIB
173730
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.