22 yanvar qeyri-iş günü olacaq? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: 22 yanvar qeyri-iş günü olacaq? – RƏSMİ AÇIQLAMA 

173690

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

2024-cü il üçün iş vaxtı normasına əsasən, 20 Yanvar–Ümumxalq Hüzn Günü olduğu üçün qeyri-iş günü hesab edilir. Ancaq 20 yanvar şənbə gününə təsadüf edir.

Bəs maraqlıdır, 20 yanvar şənbə gününə təsadüf etdiyi üçün 22 yanvar qeyri-iş günü hesab olunacaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib. 

O qeyd edib ki, qanunvericiliyə əsasən, 20 Yanvar Ümumxalq Hüzn Günüdür və həmin tarix iş günü hesab edilmir:

“Həmçinin sözügedən tarix hüzn günü olduğuna görə bayramlardan fərqli olaraq, qeyri-iş gününə düşdüyü halda belə əvəz edilmir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin