Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin cəsədi tapılıb.
Bizim.Media bu barədə FHN-nin yaydığı məlumata istinadən xəbər verir.
MÖVZU İLƏ BAĞLI:
Partlayışda zərərçəkənlərə nə qədər kompensasiya ÖDƏNİLƏCƏK? – AÇIQLAMA
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media