Aylıq müavinət müddətli həqiqi hərbi xidmətdən boyun qaçırmış məcburi köçkün statusu olan şəxslərə şamil edilməyəcək.
Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nda dəyişiklik edib.
Bundan əvvəl səfərbərlik üzrə hrbi xidmətə çağırışdan boyun qaçıran məcburi köçkün statusu olan şəxslərə bu müavinət şamil edilməyib.
Qeyd edək ki, bu Qayda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:08 / 16.01.2024
Hərbi xidmətdən yayınan məcburi köçkünlərə müavinət VERİLMƏYƏCƏK
Hazırda oxunan: Hərbi xidmətdən yayınan məcburi köçkünlərə müavinət VERİLMƏYƏCƏK
Hazırda oxunan: Hərbi xidmətdən yayınan məcburi köçkünlərə müavinət VERİLMƏYƏCƏK
173674
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.