Bəzi universitetlər Bakıdan kənara köçürüləcək - Komitə sədri 

Hazırda oxunan: Bəzi universitetlər Bakıdan kənara köçürüləcək - Komitə sədri 

173620

Bakıda fəaliyyət göstərən bəzi universitetlərin kənara köçürüləcəyi istisna deyil. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. 

Onun sözlərinə görə, bu, Təhsil Nazirliyinin həyata keçirməli olduğu çox ciddi bir islahatdır:

"İstisna etmirəm ki, bir sıra universitetlər köçürülərək vahid bir kampus çərçivəsində fəaliyyətini davam etdirəcək. Bu həm təhsilin təşkili baxımından, həm də şəhərdaxili infrastrukturun təkmilləşdirilməsi üçün önəmli bir islahat ola bilər. Növbəti illərdə bu məsələ ilə bağlı Təhsil Nazirliyi ilə birgə tədbirlər planı hazırlanaraq icra edilə bilər", - deyə o qeyd edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin