2023-cü ildə istehsalatda baş verən bədbəxt hadisələrin sayı AÇIQLANIB

Hazırda oxunan: 2023-cü ildə istehsalatda baş verən bədbəxt hadisələrin sayı AÇIQLANIB

173619

Ötən il istehsalatda baş vermiş bədbəxt hadisələrin sayı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.

O bildirib ki, 2023-cü ildə 465 belə hadisə qeydə alınıb:

"İstehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 78 nəfər ölüb, 431 nəfər xəsarət alıb".

Nazir müavini qeyd edib ki, əmək münasibətlərinin pozulmasına görə, 1776 inzibati cərimə tətbiq olunub, cərimələrin ümumi məbləği 3 milyon 820 min manat təşkil edib. O bildirib ki, 1 milyon 780 min manat məbləğində cərimə ödənilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin