“Koronavirus əldə düzəlmə virusdur. Bu infeksiyanın 6 növü hamıya məlum idi. İndi mövcud olan koronavirusun 7-ci növüdür və sürətlə başqa bir formaya çevrilə bilir. 7-ci növ koronavirusun 5 dalğası var və sürətlə öldürmək qabiliyyətinə malikdir. Hələ 3-cü dalğadayıq… Yoluxma da çox sürətlə gedir. İnsanlar bu bəlanın nə qədər qorxunc və təhlükəli olmasını anlamalıdır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov son günlər ölkənin epidemioloji durumundan danışarkən səsləndirib.
O, daha bir sensasiyalı iddia ortaya atıb:
“Hər bir dövlətin bakteroloji silahı var. ABŞ-ın bakterioloji silahının biri hazırda Gürcüstanda hazırlanır. Xəbəriniz varmı? Heç gürcüstanlıların xəbəri yoxdur.
ABŞ Gürcüstanda bir yer alıb, alimləri orada yaşayır və yaradırlar. Bilin ki, koronavirus da baktereoloji silahdır və təsadüfən kiminsə savadsızlığı ucbatından baş qaldırıb. Bu virus 2015-ci ildə yaranıb. Heç kim buna yaxın durmayıb. Sonda bir alim virusu Çinə satıb. Sadəcə olaraq qaydalara düzgün riayət edilməyib və dünyaya buraxılıb. İndi isə bir formadan başqa formaya çevrilə bilir”.
Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətini sərt tənqid edən Rəşid Mahmudov qurumun tərkibinə ixtisası olmayan adamların yığıldığını deyib:
“Qərargahda düzgün, savadlı virusoloqlar və bu sahəni bilən adamlar yoxdur. Ora ixtisası olmayanlar yığılıb. Azərbaycanda Virusologiya İnstitutu var və orada təzminən 120 adam çalışır. O institutun bir professoru Qərargahda yer almır. Bu ölkədə öz sənətini bilən adamlar azdır. “Mənim qohumumsan, gəl burada otur”. Belə şey olmur axı…”.
Rəşid Mahmudov insanların virusa inanmaması və karantin davranışlarına əməl etməməsindən də gileylənib:
“Axı sizdən nə tələb olunur ki? Məsafə saxlayın, öpüşüb-görüşməyin, sarımsaq yeyin və burnunuza limon suyu, yaxud pereks damızdırın.
Maska da taxmasaz olar… Bu virus dünyanın gətirdiyi bəladır. Az itki ilə çıxmalıyıq. Hələ əksəriyyət vaksini vurdurmaq istəmir. Siz nə danışırsınız, nə edirsiniz? Çiçək xəstəliyi 1982-ci ilə qədər davam etdi. Bu xəstəliyə qarşı vaksin vardı və qola vurulurdu. Heç kəs bu xəstəliyə düçar olmurdu.
Çünki onun immuniteti bədəndə formalaşdı. Hazırda sadəcə Konqo meşələrində yaşayan meymunlarda çiçək xəstəliyi var.
Onları da Ümümdünya Səhiyyə Təşkilatı nəzarətdə saxlayır. Koronavirus da eynilə… İnsanların çoxu bu xəstəliyə inanmır, vaksindən imtina edir. Amma bir yandan da ölənlərin sayı çoxalır. Kişilər bir-birləri ilə öpüşür. Belə şey olmaz axı…”.
Alçina Amilqızı, Bizim.Media