Bank dələduzluğu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ EDİLDİ - FOTO

Hazırda oxunan: Bank dələduzluğu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ EDİLDİ - FOTO

173548

Kiberdələduzlar tərəfindən “Telegram” tətbiqində “Kapital Bank” ASC-nin adından saxta dələduzluq səhifəsi yaradılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, dələduzlar səhifədə saxta kampaniyalar paylaşırlar:

“Kampaniyada iştirak etmək üçün vətəndaşlardan paylaşımlarda qeyd olunan saxta keçidə daxil olmaq tələb edilir. İlk baxışda qeyd olunan keçidlər bankın rəsmi domen ünvanı ilə oxşar olsa da daxil olduqdan sonra vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün saxta veb-sayta yönləndirilir”.Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin