Quba rayonunda bəzi çaylar dondu - FOTO

Hazırda oxunan: Quba rayonunda bəzi çaylar dondu - FOTO

173475

Ötən gecə 15 dərəcə şaxta müşahidə edilən Qubanın Nütəh kəndində, ətraf yaşayış məntəqələrinə gedən və buz bağlamış yollarda lazımi təhlükəsizlik tədbirləri görülür.

Qubadakı 11 saylı xüsusi təyinatlı yol istismar idarəsindən Bizim.Media-ya verilən məlumata görə, qurumun xidmət etdiyi Yerfi, Ördüc, Adur, Xaltan, Dərk və digər  kəndlərinə gedən yollara səhər saatlarından qum və duz tökülüb.

Proses hər gün davam edəcək. Yollarda hər hansı qəza hadisəsi yaşanmayıb.

Qeyd edək ki, Qubanın bu ərazisində Siyəzəndən keçməklə Xəzər dənizinə tökülən Gilgilçayın mənbəyini aldığı Xemidarçay və digər qolları buz bağlayıb.














Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin