Cəlilabadda qarın hündürlüyü 70 sm-ə çatıb - VİDEO

Hazırda oxunan: Cəlilabadda qarın hündürlüyü 70 sm-ə çatıb - VİDEO

173331

Ölkə ərazisinə ən çox qar yağan rayonlardan biri də Cəlilabad rayonudur.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, rayonda qarın hündürlüyü bəzi ərazilərdə 60-70 sm-ə çatıb.

Dağlıq ərazilərdə qar çovğunlu-şaxtalı  hava şəraiti ilə müşahidə olunur. Kənd sakinlərinin dediyinə görə, yollar qardan təmizlənsə də yağan güclü qar yolları yenidən  örtür.

Hazırda ağır texnikalar yolların təmizlənməsi istiqamətində gecədən başladıqları işləri davam etdirsələr də avtomobillərin hərəkəti tam təmin olunmayıb.

Qarlı ərazilərdən çəkilmiş videonu sizə  təqdim edirik.
 


 
 
Elşən Feyzullayev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin