Şimal bölgəsi son iki gündür əsl qış havasını yaşayır - FOTO/VİDEO

Hazırda oxunan: Şimal bölgəsi son iki gündür əsl qış havasını yaşayır - FOTO/VİDEO

173321

Bu gecə şimal bölgəsinin bütün rayonları şaxtalı və qarlı keçib. Rayonlarda  bütün kəndarası və paytaxta gedən mərkəzi  magistral yolları buz bağlayıb.

Quba Ərazi Hidrometerologiya müəssisəsindən Bizim.Media-ya məlumat verilib ki, ən çox qar 18 sm olmaqla Quba şəhərinə yağıb. Ən yüksək soyuq hava isə Xaltan kəndində qeydə alınıb: 11,7 dərəcə şaxta.

Bu gün qar yağması dayansa da  şaxtalı hava davam edir. Yollarda hər hansı qəza barədə məlumat yoxdur.
 





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin