Səhər tezdən hər tərəfin ağ örpəyə bürünməsi insanda xoş əhval-ruhuyyə yaradır.
Adətimizdir, havalar soyurur, qeyri-sabit hava şəraiti hökm sürməyə başlayan kimi kompüterin başına keçib yazırıq.
Adətimizdir, qar yağır yenə gileylənirik: yollar buz bağladı, hərəkət dayandı, nələr-nələr.
Gəlin, bu səhər qarın həyatımıza, ruhumuza gətirdiyi xoş ovqatdan, zəmilərimizə gətirdiyi bərəkətdən danışaq.
Gözlərini açıb pəncərədən qarı görən uşaqların sonsuz sevincindən yazaq.
Ayaqlarımız altında xarp-xarp edən qarın o səsini içimizə çəkib, bir az da keçmişə qayıdaq.
Bir gün də olsa bu ilahi gözəlliyi uşaq sevinci ilə içdən yaşayaq və yaşadaq.
Axı keçmişdə belə deyildi. Ata-babalarımız, nənələrimiz qarın yağması üçün dualar edər, ehsan belə verərdi ki, taxıl zəmiləri ağ örpəyə bürünsün ki, məhsul bol olsun.
Geçikən noyabr, dekabr qarını yanvarın ortasında qarşılayıb sevincini yaşayarkən sərhədlərimizi qoruyan ƏSGƏRLƏRİMİZƏ dua edək, güc-qüvvət diləyək.
Ağ örpəkli bazar səhərimiz mübarək!
Geçikən qar- xoş gəldin, xoş gəldin.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu