Kürdəmirə 2024-cü ilin ilk qarı yağıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, axşam saatlarından yağmağa başlayan qar rayonu ağ orpəyə bürüyüb.
Getdikcə daha da güclənən qar avtomobillərin hərəkətinə də öz təsirini göstərib. Yolların qardan təmizlənməsi istiqamətində aidiyyatı qurumların canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub və lazımi zəruri işlər həyata keçrilir.
Hazırda qarın yağışı davam edir və qalınlığı təqribən 2-3 santimetrə çatıb.
Həmin görüntüləri sizlərə təqdim edirik.
Bizim.Media, Aran bürosu