Qarlı hava Quba-Xınalıq yolunda da müşayiət edilir.
Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov Bizim.Media-ya məlumat verib ki, yolun 32-ci km-dən üzü Xınalığa doğru texnika və işçi qüvvəsi ilə təmizlənməsinə başlayıblar.
Bu kilometrlikdə 6 sm qar olduğunu deyən sahə rəisi qeyd edib ki, qarlı havanın küləklə müşayiət olunmasına baxmayaraq yol nəqliyyat vasitələri üçün açıqdır. Hər hansı problem yaşanmaması üçün qabaqlayıcı tədbirlər görülür:
“Quba-Xınalıq yolunun 57-ci km-dək təmizləmə işləri davam edəcək”.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu