Xəbər verdiyimiz kimi, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.
Bizim.Media xəbər verir ki, “pravda.az” istefaya göndərilən və ehtiyata buraxılan vəzifəli şəxslərlə bağlı məlumat yayıb.
Belə ki, Quru Qoşunlarının inspeksiya rəisi, polkovnik Saleh Kələntərov, Quru Qoşunlarının Əməliyyat idarəsinin rəisi, polkovnik Allahverdi Hacıyev istefaya göndərilib.
Ehtiyata göndərilən vəzifəli şəxslər arasında isə Əməliyyat Baş İdarəsinin rəisi Azər Əliyevin də adı var.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirov ehtiyata buraxılıb.
Qeyd edək ki, Bizim.Media-nın daha əvvəl əldə etdiyi məlumata görə, müdafiə nazirinin müavini, general-leytenant Ənvər Əfəndiyev, bundan başqa, Azərbaycan Milli Müdafiə Akademiyasının rəisi Heydər Piriyev vəzifəsindən azad edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:02 / 12.01.2024
Müdafiə Nazirliyinin istefaya göndərilən VƏZİFƏLİLƏRİ – ADLAR
Hazırda oxunan: Müdafiə Nazirliyinin istefaya göndərilən VƏZİFƏLİLƏRİ – ADLAR
Hazırda oxunan: Müdafiə Nazirliyinin istefaya göndərilən VƏZİFƏLİLƏRİ – ADLAR
173122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.