Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux-Gəncə avtomobil yolunun 2-ci km-liyində - Samux rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Bizim.Media nazirliyə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Samux Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.
MÖVZU İLƏ BAĞLI:
Samuxda yanacaq daşıyan maşın AŞDI: 40 ton benzin yola dağıldı - VİDEO
Baş vermiş yol-nəqliyyat qəzası zamanı yanacaqdaşıyan avtomobilin aşması nəticəsində ətrafa dağılan yanacaq təhlükəsizlik tədbirləri çərçivəsində yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.
Bizim.Media