Xəbər verdiyimiz kimi, Riad Qasımov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə yeni rəis təyin olunub.
Bizim.Media Riad Qasımovun dosyesini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Riad Qasımov idarə rəisi TƏYİN EDİLDİ
Riad Qasımov 1977-ci ildə anadan olub.
O, əmək fəaliyyətinə 22 yaşında Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri vəzifəsiylə başlayıb.
2006-cı ildə isə İqtisadi İnkişaf Nazirliyinin Hüquq şöbəsinin müdiri təyin olunub. Riad Qasımov 2006-2009-cu illərdə Azərbaycan İnvestisiya Şirkətində, 2009-2010-cu illərdə Küveyt-Azərbaycan İnvestisiya Şirkətində işləyib.
O, 2010-2013-cü illərdə "Turkapital Holding B.S.C” şirkətinin Azərbaycandakı nümayəndəliyinin direktoru vəzifəsində çalışıb.
2013-2017-ci illərdə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Departament rəhbəri olub.
2017-2022-ci illərdə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri olub.
Riad Qasımov 2023-cü ilin yanvarında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində müşaviri təyin olunub. 2023-cü ilin martından etibarən isə isə Baş İdarənin sədri vəzifəsini icra etməyə başlayıb.
Bizim.Media