Abşeronda keçmiş məhkum adam bıçaqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanvarın 10-da saat 23 radələrində Mehdiabad qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Novruzov müəyyən olunaraq saxlanılıb.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:42 / 12.01.2024
Abşeronda keçmiş məhkum cinayət TÖRƏTDİ
Hazırda oxunan: Abşeronda keçmiş məhkum cinayət TÖRƏTDİ
Hazırda oxunan: Abşeronda keçmiş məhkum cinayət TÖRƏTDİ
173064
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.