Əhalinin neçə faizinin 2024-cü ildən gözləntiləri nikbindir? – SORĞU 

Hazırda oxunan: Əhalinin neçə faizinin 2024-cü ildən gözləntiləri nikbindir? – SORĞU 

172936

Ölkə əhalisinin 71.0%-i bu il dünyada və ölkəmizdə müsbət dəyişikliklərin olacağına inanır.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, 2024-cü il üçün həm ölkənin, həm də dünyanın vəziyyəti ilə bağlı vətəndaşların ümumi gözləntilərini öyrənmək məqsədilə rəy sorğusu keçirib.

Xatırladaq ki, ötən il dünyanın gündəmi davam edən hərbi münaqişələrlə xarakterik olarkən, ölkənin təqvimində suverenliyin, ərazi bütövlüyünün təmin olunduğu tarixi hadisələr baş verib.

Sorğunun nəticələrinə əsasən, 2024-cü il üçün ölkənin və dünyanın vəziyyəti barədə ictimai gözləntilər əhəmiyyətli dərəcədə fərqlənib.
Ölkə ilə bağlı ictimai gözləntiləri nəzərdən keçirdikdə, respondentlərin 71.0%-i nikbin olduğunu, 19.2%-i qeyri-müəyyənlik hiss etdiyini, 5.6%-i bədbin olduğunu ifadə edib. Respondentlərin 4.1%-i rəyini bildirməkdə çətinlik çəkib.

Dünyadakı vəziyyət ilə bağlı gözləntilərə gəldikdə, respondentlərin 34.4%-i nikbin olduğunu, 40.0%-i qeyri-müəyyənlik hiss etdiyini, 12.1%-i bədbin olduğunu ifadə edib, 13.6%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin