Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin "Bir gün" qəzeti məlumat yayıb.
Nəşr iddia edib ki, vətəndaşlıq aldıqdan sonra Türkiyədə otellər alaraq tikinti fəaliyyətinə başlayan İsrafil Abutalıbov İstanbulun Fatih səmtində də bir çox mülklər alıb.
2017-ci ildə Küçükayasofya məhəlləsində qorunan ərazidə yerləşən və biri qismən Vəqf mülkiyyəti olan iki sənədli bina alan Abutalıbovun bərpa işləri çərçivəsində binalara qanunsuz tikili əlavə etdiyi iddia edilib.
Sakinlərin şikayəti əsasında bina möhürlənsə də, tikinti davam edir. İstanbul Böyükşəhər Bələdiyyəsinə, Fatih Bələdiyyəsinə, Ekologiya və Şəhərsalma Nazirliyinə və Vəqflər Ümumi Müdirliyinə edilən şikayətlərdən sonra binada lazımi yoxlamalar aparılıb və qanunsuz əlavələrin olduğu müəyyən edilib. Lakin heç bir söküntü aparılmayıb. Prokurorluğa edilən müraciət isə nəticəsiz qalıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:40 / 11.01.2024
Hacıbala Abutalıbovun oğlu İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib - FOTO
Hazırda oxunan: Hacıbala Abutalıbovun oğlu İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib - FOTO
Hazırda oxunan: Hacıbala Abutalıbovun oğlu İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib - FOTO
172932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.