“ASAN xidmət” növbəti dəfə beynəlxalq mükafat qazanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yanvarın 9-da “StartupBlink” təşkilatı tərəfindən qlobal startap ekosistemi üzrə mükafatlandırma mərasimi keçirilib.
Həmin təşkilat hər il dünyada startap ekosisteminin ən uğurlu olduğu 100 ölkə və 1000 şəhər seçməklə qlobal startap xəritəsi formalaşdıran mötəbər beynəlxalq təşkilatdır.
Bu il isə “ASAN xidmət” “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi vasitəsilə innovasiya ekosisteminin inkişafına və startaplara dəstək mexanizmlərinin təşviqinə görə “Qafqazda ən yaxşı startap nəticələri” mükafatına layiq görülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:21 / 11.01.2024
“ASAN xidmət” növbəti beynəlxalq mükafata layiq görüldü
Hazırda oxunan: “ASAN xidmət” növbəti beynəlxalq mükafata layiq görüldü
Hazırda oxunan: “ASAN xidmət” növbəti beynəlxalq mükafata layiq görüldü
172917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.