Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları piyada məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbir keçirib.
İdarədən Bizim.Media-ya verilən məlumata görə, paytaxtın bir neçə rayonunda təşkil olunan növbəti tədbir zamanı yaxınlıqdakı yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməyən, avtomobillərin intensiv hərəkət etdiyi yolda özləri ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, keçdikləri ərazidə baş vermiş ağır yol-nəqliyyat hadisələrinin görüntüləri göstərilib və yol hərəkəti qaydalarına riayət etməyin həyati əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Bakı şəhər DYP İdarəsi piyada intizamının möhkəmləndirilməsinə yönələn tədbirlərin mütəmadi həyata keçiriləcəyini bildirir və hər kəsi cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu məsələdə həmrəy olmağa çağırır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:53 / 11.01.2024
DYP əməkdaşları piyadalarla maarifləndirici söhbətlər aparıb
Hazırda oxunan: DYP əməkdaşları piyadalarla maarifləndirici söhbətlər aparıb
Hazırda oxunan: DYP əməkdaşları piyadalarla maarifləndirici söhbətlər aparıb
172865
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.