Rövnəq Abdullayevin səhhəti PİSLƏŞDİ

Hazırda oxunan: Rövnəq Abdullayevin səhhəti PİSLƏŞDİ

172807

Sabah Gəncədə keçirilməli olan AFFA İcraiyyə Komitəsinin iclası təxirə salınıb.

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, iclas AFFA prezidenti Rövnəq Abdullayevin səhhətinin pisləşməsi səbəbindən təxirə düşüb.

Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli bildirib ki, tədbirin nə vaxt keçiriləcəyi barədə də məlumat veriləcək: 

“Rövnəq Abdullayevin səhhətində problem yarandığı üçün tədbir baş tutmayacaq. Çünki özü şəxsən iştirak etmək istəyirdi. Bu gün bildirdi ki, Gəncəyə gedə bilməyəcək”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin