Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, Bakı şəhərində 372 375 yeni iş yerinin açılması nəzərdə tutulub.
Planda göstərilir ki, Bakının Regional Bilik Mərkəzinə çevrilməsi üçün yüksək dəyər yaradan yeni sahələr və inkişaf etməkdə olan iqtisadi sektorlar da inkişaf etdirilməlidir.
Hansı sahələr üzrə yeni iş yerləri yarana bilər?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərli, Baş Planda yaxın illərdə paytaxtda söküntü və tikinti işləri aparılmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Bununla bağlı da tikinti sektoruna böyük işçi qüvvəsinin cəlb ediləcəyini söyləyən ekspert vurğulayıb ki, layihənin əsas parametrlərinə əsasən, şəhərin bir hissəsində söküntülər, digər hissəsində isə tikintilər həyata keçiriləcək:
“Beləliklə, tikinti sektoru işçi qüvvəsi sarıdan əsas sahələrdən birinə çevriləcək və regionlardan Bakıya daha çox əhali axınına səbəb olacaq. Digər hansı sahələrin prioritet kimi götürüləcəyi isə hələlik ətraflı şəkildə açıqlamayıblar. Bununla belə, ən azından emal müəssisələrinin şəhərdən kənara köçürülməsi və yeni sahələrin yaradılması da gündəmə gətirilib.
Bəzi xidmət sahələrinin, əsas da turizmin inkişafı ilə bağlı yeni iş yerlərinin yaradılması da gündəmə gətirilib. Çünki paytaxtımızı mühüm turizm mərkəzlərindən birinə çevirmək istəyirlər. İllərə görə hesablama aparsaq, 20-25 min iş yeri ortaya çıxacaq”.
Qeyd edək ki, Baş planda, artıq neft və qaz sektorundan asılılığı azaldacaq innovativ və dayanıqlı iqtisadi sektorlar artıq müəyyən edildiyi göstərilib.
Hazırda texnoloji sahələrin inkişafında maraqlı ölkələrin sayının çox olğunu söyləyən müsahibimiz düşünür ki, ölkəmizdə əvvəlcə bunun bazası yaradılmalıdır.
Bəs neft-qaz sektorunda yeni iş yerləri yaradıla bilərmi?
Onun sözlərinə görə, bu sahədə yeni sahələrin yaradılması hələlik gözlənilmir:
“Əsas neft-qaz yataqlarımız uzun müddətdir ki, istismar olunur. Amma neft-kimya sənayesi üzrə yeni emal müəssisələri yaradıla bilər. Əgər bunu etmək mümkün olarsa, gələcəkdə daha yüksək gəlirlər əldə edə bilərik.
Hazırda bir barel neftin qiyməti 78 dollardır və biz bir barel neftdən 102 litr yüksək keyfiyyətli yanacaq və 6 litrə yaxın avtomobil yağı əldə etmək olar. Təkcə bir litr yağın qiyməti bir barel neftin dəyərindən daha bahadır.
Bir sözlə, emal müəssisələrinə üstünlüyün verilməsi və neft-kimya sənayesinin inkişafı prioritet məsələyə çevrilməlidir. Əgər belə olsa, Azərbaycanda yeni iqtisadi fürsətlər yarada bilər. Artıq bir neçə ildir ki, neftin hasilatı aşağı düşüb və yeni iş yerlərinin yaradılması elə də inandırıcı görünmür”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 11.01.2024
Yaxın 15 ildə hansı sahələr üzrə yeni iş yerləri YARADILACAQ? – AÇIQLAMA
Hazırda oxunan: Yaxın 15 ildə hansı sahələr üzrə yeni iş yerləri YARADILACAQ? – AÇIQLAMA
Hazırda oxunan: Yaxın 15 ildə hansı sahələr üzrə yeni iş yerləri YARADILACAQ? – AÇIQLAMA
172799
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.