Bakı Dövlət Sirkinin fəaliyyəti DAYANDIRILDI  

Hazırda oxunan: Bakı Dövlət Sirkinin fəaliyyəti DAYANDIRILDI  

172787

Bakı Dövlət Sirkinin fəaliyyəti müvəqqəti dayandırılıb. 

Bu barədə Bizim.Media-ya Bakı Dövlət Sirkinin mətbuat katibi Gülşanə Mustafayeva məlumat verib. 

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri Bakı Dövlət Sirkinə baxış keçirib. Binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər qeyd olunub.

Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və bu barədə müvafiq tapşırıqlar verilib. Yanvarın 7-dən sirkin fəaliyyəti müvəqqəti dayandırılıb. 

Qeyd edək ki, Bakı Dövlət Sirkində yanğın təhlükəsizliyi ilə bağlı problemlərin olması ilə bağlı məlumat "Demokrat.az" saytında bu gün dərc olunmuşdu.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin