Bakıda qız zorla ərə verilib? – RƏSMİ AÇIQLAMA/VİDEO 

Hazırda oxunan: Bakıda qız zorla ərə verilib? – RƏSMİ AÇIQLAMA/VİDEO 

172766

Sosial şəbəkələrdə toy mərasimində gənc qızın zorla ərə verildiyini əks etdirən kadrlar yayılıb. 

Bizim.Media xəbər verir ki, paylaşımlarda videogörüntülərin paytaxtın NZS qəsəbəsi yaxınlığında lentə alındığı iddia edilir.  

Kadrlarda qızın evliliyə məcbur edildiyi təsiri yaranır. Sözügedən görüntülərin nə zaman və harada lentə alındığı barədə isə dəqiq məlumat yoxdur. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu gənc qızın zorla ərə verildiyini əks etdirən kadrlarla bağlı oxu.az-a bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar: 

“Aidiyyəti qurumların əməkdaşları ilə birlikdə videogörüntülərin respublikanın ərazisində lentə alınıb-alınmadığı, həqiqəti əks etdirib-etdirmədiyi araşdırılır. Yekun nəticə barədə ictimaiyyətə məlumat veriləcək”. 

Həmin görüntüləri təqdim edirik: 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin