Cəlilabad rayonuna mövsümün ilk qar yağır.
Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, qar rayonun əsasən dağlıq kəndlərinə yağıb.
Belə ki, Xanəgah, Pərdi, Kövuzbulaq, Zəhmətabad, Musalı, Ləkin, Əsədli, Badamağacı, Şatırlı və Buravar kəndlərində yağan qarın hündürlüyü 5 sm-ə çatıb. Hazırda bu kəndlərdə şaxtalı hava şəraiti müşahidə olunur.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu