Zeynəb Xanlarovanın xidməti avtomobilinə cərimə yazıldı - SƏBƏB

Hazırda oxunan: Zeynəb Xanlarovanın xidməti avtomobilinə cərimə yazıldı - SƏBƏB

172692

Sabiq deputat, Xalq artisti Zeynəb Xanlarovanın xidməti avtomobili barəsində yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

Bizim.Media Qaynarinfo-ya istinadən xəbər verir ki, Zeynəb Xanlarovanın Dövlət Ansamblının adına olan avtomobil barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb. 

İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat, hüquqi şəxslər 300 manat cərimə edilir.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin