“Respublika Perinatal Mərkəzində yanğın hadisəsindən sonra TƏBİB tərəfindən dərhal təxliyəyə başlanılıb və 60 uşaq təxliyə edilib”.
Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov Respublika Perinatal Mərkəzindəki yanğından sonra təxliyə edilənlərin son durumu haqqında danışarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Perinatal Mərkəzdən təxliyyə görüntüləri yayıldı - FOTO/VİDEO
O qeyd edib ki, hazırda təxliyyə edilənlərin vəziyyəti vəziyyəti stabildir, müalicələri davam etdirilir.
Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 yeni doğulan körpə ölüb, 3 nəfər tüstüdən zəhərlənib. Hadisə ilə bağlı cinayət işi başlanılıb.
Bizim.Media