Qusarda keçən ildən indiyədək 148 nəfər qızılca xəstəliyinə yoluxub. Onlardan 105 nəfəri vurusa keçən il, 43 nəfəri isə bu il tutulub. Keçən il yoluxanların 82 nəfəri şagird, 9 nəfəri azyaşlı, qalanı isə 18 yaşdan yuxarı olan şəxslərdir. Bu il də yoluxanlar arasında şagirdlər üstünlük təşkil edir. Qusarda bu il 18 nəfər şagird, 15 nəfər məktəbəqədər uşaq və 15 nəfər isə 18 yaşdan yuxarı olan rayon sakinləridir.
Məlumatı Bizim.Media-ya Qusar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinov verib.
Onun sözlərinə görə, virus daşıyıcılarından 95 nəfəri artıq sağalıb, 53 nəfərin müalicəsi isə karantin şəraitində davam edir.
Nadirşah Şirinov xoşbəxtlikdən rayonda qızılcaya yoluxanlar arasında ölüm halının qeydə alınmadığını bildirib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:48 / 09.01.2024
Qusarda qızılcaya yoluxanlarla bağlı son vəziyyət AÇIQLANDI
Hazırda oxunan: Qusarda qızılcaya yoluxanlarla bağlı son vəziyyət AÇIQLANDI
Hazırda oxunan: Qusarda qızılcaya yoluxanlarla bağlı son vəziyyət AÇIQLANDI
172623
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.