Sabunçu Tibb Mərkəzinə köçürülən hamilə qadınların durumu ilə bağlı AÇIQLAMA – RƏSMİ 

Hazırda oxunan: Sabunçu Tibb Mərkəzinə köçürülən hamilə qadınların durumu ilə bağlı AÇIQLAMA – RƏSMİ 

172621

Respublika Perinatal Mərkəzində baş verən yanğından sonra, Sabunçu Tibb Mərkəzinə 3 hamilə qadın gətirilib”.

Bu barədə Bizim.Media-ya Sabunçu Tibb Mərkəzindən bildirilib.  
 

MÖVZU İLƏ BAĞLI:

Perinatal Mərkəzdən təxliyyə görüntüləri yayıldı - FOTO/VİDEO


Qeyd olunub ki, yanğında xəsarət alan hamilə qadınların durumu stabildir və vəziyyətləri nəzarətdə saxlanılır. 

Mərkəzdən o da qeyd olunub ki, tibb müəssisəsinin nəzdində fəaliyyət göstərən 2 nömrəli Doğum Evinə də əlavə olaraq 6 uşaq gətirilib. Onlardan üçü oğlan, üçü isə qızdır. Hal-hazırda uşaqların vəziyyəti yaxşıdır.

Xatırladaq ki, Respublika Perinatal Mərkəzində gecə saatlarında yanğın baş verib. Yanğın qısa müddətdə söndürülüb. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.  

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin