Qlobal istiləşmənin FƏSADLARI – Su qıtlığına qarşı necə mübarizə APARMALIYIQ?

Hazırda oxunan: Qlobal istiləşmənin FƏSADLARI – Su qıtlığına qarşı necə mübarizə APARMALIYIQ?

172615

İqlim dəyişikliyinin qlobal təsirləri fonunda Azərbaycanın da təsirə məruz qalacağı qaçılmazdır. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Bildirilib ki, proqnozlara görə 2040-cı ilə qədər illik istiliyin 1.5 dərəcə, 2100-cü ilədək isə 4 dərəcə yüksələcəyi gözlənilir: 
 

MÖVZU İLƏ BAĞLI:

ÜST-dən qlobal istiləşmə ilə bağlı açıqlama: “3,3 milyard insan əziyyət çəkir”


“2040-cı ilə qədər illik yağıntı miqdarının 5%-ə qədər, 2100-cu ilə qədər isə 10%-ə qədər azalacağı proqnozlaşdırılır. Abşeron yarımadasını içməli və suvarma suyu ilə təmin edən Azərbaycanın dağlıq bölgəsində yağıntı miqdarının daha ciddi dərəcədə azalması gözlənilir (20%-ə qədər azalma) ki, bu da gələcək su qıtlığı riskini daha da artırır”.

Bəs çıxış yolları nədir?

Ekoloq Ənvər Əliyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O qeyd edib ki, Bakı dünyanın ən oynaq hava şəraiti olan şəhəridir: 

“Müxtəlif istiqamətlərdən Bakıya hava axınları daxil olur. Planetin vahid sahəsinə düşən yağıntının miqdarı ilə buxarlanma balans təşkil edir. Bu balans pozulsa, faciə baş verər. 

İqlim dəyişikliyi üçün bir neçə səbəb var. Məsələn, Yer müstəvisində əyrilik olanda Şimal qütbündə buzlar əriyə və müəyyən problemlər meydana çıxa bilər. Ancaq ekvatordakı kimi düz olsa, yağıntılar da çoxalacaq. Bəzi ekspertlər deyir ki, fəsillər dəyişəcək. Ancaq anlamırlar ki, fəslin dəyişməsi üçün onu əmələ gətirən şərait dəyişməlidir.

Abşeron yarımadasında təxminən 4 milyon yarım əhali yaşayır. Yarımadada indiyə kimi bu qədər əhali yaşamayıb. Abşeron yarımadasından əhalini köçürmək lazımdır. Azərbaycan aqrar sənaye ölkəsidir. Amma kənd camaatının əksəriyyəti şəhərə gəlib. 
Bundan əlavə, heç yerdə bizim kimi su məsrəf olunmur. Dünyada ən çox su ehtiyatı olan ölkələrdən biri Norveçdir. Orada suyun qiyməti yoxdur. Mən orada küçədə bir damcı suya rast gəlmədim. İnsanlar suyu çox ağıllı formada istifadə edirlər”. 

Ekoloqun fikrincə, Azərbaycanın su balansı ilə bağlı proqnozları əvvəldən vermək çətindir: 

“Ancaq planetimiz deyir ki, “2050-ci ilə qədər buzlaşmağa hazırlaşıram”. Kiçik buzlaşma dövrü başlayacaq. Bu proses 1 gündə olmayacaq. Təxminən 10-15, bəlkə də, 50 il ərzində tədricən reallaşacaq. Azərbaycanda ən böyük problem sudan düzgün istifadə etməməyimizdədir. 

Azərbaycanda suvarma sisteminin düzgün işlədiyi yer tapmaq çətindir. Bizim bölgə yavaş-yavaş quraqlıq əraziyə çevrilir. Çünki dürüst suvarma ənənəsi yoxdur. Ölkəmizdə yazqabağı çox yağıntı oldu, anbarlarımızda kifayət qədər su var. Təxminən 36 milyard ton su ehtiyatımız var. Ancaq bu, o demək deyil ki, arxayın olmalıyıq. 

Hələ də köhnə suvarma sistemləri ilə işləyirik. 

Ölkənin su balansını düzəltmək üçün kənd təsərrüfatında tamamilə struktur dəyişikliyi edilməlidir. İsraildən su sistemləri ala bilərik. Anbarlar yaradılmalıdır, suyun yerə hopmaması və ya buxarlanmaması üçün qapalı plastik borulardan istifadə edilməlidir”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin