Yanğında xəsarət alan 26 uşağın son DURUMU – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Yanğında xəsarət alan 26 uşağın son DURUMU – Rəsmi AÇIQLAMA 

172613

“Respublika Perinatal Mərkəzində baş verən yanğından sonra, Kliniki Tibbi Mərkəzə 26 uşaq köçürülüb”. 

Bunu Bizim.Media-ya açıqlamasında Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Perinatal Mərkəzdən təxliyyə görüntüləri yayıldı - FOTO/VİDEO


“Onlardan 11-i Qara Qarayev adına 2 saylı klinik Uşaq xəstəxanasına, 15-i isə KTM-ə gətirilib. Uşaqların 8-i reanimasiyadadır, 6-na tənəffüs dəstəyi verilir. Xəsarət alanların vəziyyətinə nəzarət edilir"  – deyə, Ruzbeh Məmməd bildirib.

Xatırladaq ki, Respublika Perinatal Mərkəzində gecə saatlarında yanğın baş verib. Yanğın qısa müddətdə söndürülüb. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.  

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin