Moderator.az saytında yayımlanan “Salvador Dalinin əsərinin sirləri açıldı”x9d başlıqlı məqaləm sosial mediyada geniş müzakirələrə səbəb olub (məqaləni bu linkdən oxumaq olar: //www.moderator.az/news/172403.html xa0).
Yazıda qeyd etmişdim ki, xa0“Geopolitik uşaq yeni insanın doğumunu seyr edir”x9d xa0adlı rəsm əsərində doğulan uşaq Azərbaycanda meydana çıxacaq xa0Pangeya ideyasına işarədir. Bu ideya bütün bəşəriyyəti öz ətrafında xa0birləşdirərək, Yerdə sülhü, əminamanlığı bərqərar edəcəkdir. Bununla da Yer sakinləri bu günkü müharibə və səfalət girdabından xilas olacaqlar...xa0
xa0Oxuculardan bəziləri bu sirlərin xa0açmasına inansalar da, bunu xa0yazıçı təxəyyülünün məhsulu, müəllifin subyektiv fikri adlandıranlar da oldu.
Yazdığım fikirlərin subyektiv olmadığını və Allahdan gələn bir xəbər olduğunu sübut etmək üçün daha bir sirri diqqətinizə çatdırmaq istəyirəm. Yazıda Dünyanın ilk yaranışda tək bir materikdən ibarət olduğunu, həmin materikin isə Pangeya adlandığını yazmışdım. Bu materik zaman-zaman xa06 hissəyə parçalanıb. Bu gün sizə açacağım sirr bu Pangeya materiki haqqındadırxa0

Belə ki, insanlar hər gecə bu materiki görsələr də, əslində xa0bunun Pangeya xa0olduğunu heç vaxt ağıllarına gətirməyiblər. İndi mən sizə həmin materikin yerini göstərirəm: axşam qaranlıq qovuşandan sonra başınızı qaldırıb Aya baxın; Pangeya materikini orada görəcəksiniz. Belə ki, Ay Yer kürrəsinin, üzərindəki ləkə isə, Pangeya materikinin kopyasıdırxa0

Bütün bu və hələlik demək istəmədiyim digər sirlər S. Dalinin əsərinə verdiyim şərhin - xa0Azərbaycanda doğulacaq yeni ideyanın bəşəriyyəti xilas edəcəyi barədəki fikirlərimin subyektiv olmadığını, Allahın qərarı olduğunu bir daha sübut edir.xa0
Ünvanlanan suallar içərisində “Bəşəriyyət birləşib vahid hala gəldikdən sonra ictimayi quruluş necə olacaq?”x9d xa0sualı çoxluq təşkil edir. Həqiqətən, maraqlı sualdır: Bəşəriyyət gələcəkdə hansı quruluşda yaşayacaq: kapitalizm, sosializm, yoxsa kommunizm olacaq?
Mənə məlum olan odur ki, gələcəkdə bəşəriyyət bu quruluşların heç birində yaşamayacaq. Gələcək quruluşun adı İnformasionizm olacaq. Bu quruluşda əsas məsələ məlumat olacaq. Doğru-dürüst məlumat hər şeydən qiymətli olacaq.xa0
Hakimiyyət quruluşu isə, Meritokratiya olacaq. “Meritokratiya”x9d ”“ savadlıların və ağıllıların hakimiyyəti deməkdir. Yəni, insanlara mənsub olduqları partiyaya görə deyil, malik olduqları savada, ağıla görə yanaşılacaq.xa0
Onu da bildirim ki, həmin vaxt insanlarda elm çox güclü inkşaf edəcək və xa0digər planetlərdə yaşayan canlıların elminə yaxın, bəlkə də onlardan çox olacaq.xa0
Həmin dövrdə mədəniyyət və incəsənət də indikindən güclü inkişaf edəcəkdir. Belə ki, tikilən binalar insanlara, heyvanlara və ağaclara bənzəyəcəkdir. Yəni, memarlıq o qədər güclü inkişaf edəcək ki, istənilən görkəmli adama bənzəyən, sevdiyiniz heyvana, yaxud, xoşladığınız ağaca, gülə bənzər binalar sifariş edib, tikdirə biləcəksiniz. xa0
O ki, qaldı rəsm əsərindəki rəqəmlərin sirrinə, bu başqa bir yazının mövzusudur...
Paşa Yaqub ”“ psixoloq

































































































