Xankəndiyə qayıdanda ayaqyalın oynamağı əhd edib - VİDEO

Hazırda oxunan: Xankəndiyə qayıdanda ayaqyalın oynamağı əhd edib - VİDEO

172573

"Məlik Paşayev küçəsi, ev-29. Ünvan bir vaxtlar Xankəndiyə aid olub. İndi də elə ordadır. Sadəcə küçənin adı dəyişib. Ev sahibləri isə Bakıda yaşayır". 

Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai televiziyanın hazırladığı süjetdə yer alıb.

"Bağırovlar ailəsi Xankəndini son tərk edənlərdəndir. Öz doğma yurdlarında qalmaq üçün çox mübarizələr veriblər. Amma erməni şovinizmi minlərlə azərbaycanlı kimi bu ailəni də yurdundan didərgin salıb. İndi isə kədər, ağrı, acı arxada qalıb. Bu il Xankəndi, Xocalı sakinləri öz doğma evlərinə qayıtmalıdırlar. Bağırovlar da o günün həsrəti ilə yaşayır. Xankəndiyə dönəndə əhdləri də var. Tahir Bağırov öz həyətlərində ayaqyalın oynayacağına söz verib", deyə süjetdə bildirilir.

Daha ətraflı videomaterialda:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin