Gecə saatlarında Oğuz rayonunda yüksək sürətlə hərəkətdə olan avtomobilin qarşısına anidən çıxan at qəzaya səbəb olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza Oğuz-Şəki avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 26 yaşlı rayon sakini Səbuhi Adıyev idarə etdiyi "Khodro Runo" markalı avtomobilin qarşısına anidən çıxan atı vurub.
Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda sürücünün müayinə və müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Qəzaya səbəb olan at isə elə hadisə yerindəcə ölüb. Hadisə şahidlərinin köməyi ilə at yoldan kənara çıxarılıb. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu