"Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynova məxsus şirkət bağlanıb.
Bizim.Media “Qaynarinfo”ya istinadən xəbər verir ki, qanuni təmsilçisi Qurbanov Çingiz Ziyadxan oğlu olan "Kaspian Biznes Menecment və Konsaltinq" MMC ləğv edildiyini elan edib.
Şirkətin hansı səbəbdən ləğv olunması ilə bağlı məlumat yoxdur. Yalnız qeyd edilir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 21, mənzil 22 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Qorxmaz Hüseynov 16 fevral 2011-ci ildən 4 may 2021-ci ilə kimi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri olub. "Kaspian Biznes Menecment və Konsaltinq" MMC (CBMC) şirkəti həm Azərbaycan ərazisində, həm də ölkədən kənarda şəhər və kəndlərdə su təchizatı və kanalizasiya sistemlərinin, çirkab su təmizləyici qurğuların tikilməsi və yenidənqurulması sahəsində məsləhətçi və layihələndirmə xidmətləri göstərib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:44 / 08.01.2024
Qorxmaz Hüseynovun məşhur şirkəti bağlandı
Hazırda oxunan: Qorxmaz Hüseynovun məşhur şirkəti bağlandı
Hazırda oxunan: Qorxmaz Hüseynovun məşhur şirkəti bağlandı
172530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.