Yağış və məişət kanalizasiyası bir-birindən AYRILACAQ 

Hazırda oxunan: Yağış və məişət kanalizasiyası bir-birindən AYRILACAQ 

172495

Bakı şəhərinin Baş Planının əsas inkişaf hədəflərindən biri Abşeronda 2040-cı ilədək tələblərə tam cavab verən kanalizasiya sisteminin təmin edilməsidir. 

Bizim.Media xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında yer alıb.  

Burada aşağıdakılar nəzərdə tutulur:  

• bütün ev təsərrüfatlarının kanalizasiya sisteminə qoşulması (85%-dən çox);  

• yağış kanalizasiyası ilə məişət kanalizasiyasının bir-birindən ayrılması; • tullantı sularının təkrar emalı və istifadəsi;  

• düzgün işləyən və yüksək səviyyədə texniki qulluq olunan TSTQ-lərin təmin edilməsi. Bu baxımdan, Bakı şəhərinin Baş Planında kanalizasiya sisteminin inkişafı üzrə inteqrə edilmiş yanaşmanın tətbiqi tövsiyə olunur. Yanaşmaya əsasən, “Azərsu” ASC-nin Master planı ilə birlikdə “Witteveen + Bos” şirkəti tərəfindən hazırlanmış “Bakı şəhərinin mərkəzi hissəsində tullantı suları üçün alternativ infrastrukturun inkişafı” yanaşmasının da tətbiqi təklif olunur.

Bu yanaşma Böyükşor, Xocahəsən və Qu göllərinin ərazisi, habelə Bülbülə və Zığ gölü üçün təklif olunan ekoloji regenerasiya yanaşması ilə sıx bağlıdır və aşağıdakı addımları əhatə edir: 152  

• mövcud kanalizasiya şəbəkəsinin genişləndirilməsi ilə şəbəkəyə qoşulmuş tullantı sularının sərfinin artırılması;  

• layihə ərazisində köhnəlmiş və ya istismarı dayandırılmış tullantı su təmizləyici qurğuların yenidən işə salınması və bərpası ilə tullantı su təmizləyici qurğuların sayının artırılması və tullantı sularının təmizlənmə nisbətinin artırılması;  

• məqsəd əlavə tullantı su təmizləyici qurğuların (TSTQ) istifadəyə verilməsi və tullantı sularının texniki məqsədlərlə, kənd təsərrüfatı torpaqlarının və ictimai park və istirahət zonalarının suvarılmasında istifadə edilməsinə nail olmaqdır;  

• bundan əlavə, konsepsiya göllərin bərpası yanaşması ilə güclü şəkildə əlaqələndirilmişdir, çünki TSTQ-lər bərpa işləri çərçivəsində göllərin təmizlənməsinə və yay fəslində gölün su səviyyəsinin tənzimlənməsinə imkan verir;  
• yağış kanalizasiyası ilə məişət kanalizasiyasının bir-birindən ayrılmasını təmin etməklə, habelə kanalizasiya sistemini yenidən qurmaqla tullantı sularının su hövzələrinə və Xəzər dənizinə axıdılması halları minimuma endirilir. Kanalizasiya sisteminin inkişafı ilə bağlı təkliflər aşağıda ətraflı təsvir edilmişdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin