Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında tramvay xətlərinin çəkilməsi iə bağlı hədəflər açıqlanıb.
Bizim.Media xəbər verir ki, Baş planda mövcud relsli nəqliyyat sistemlərinin tamamlanması, dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi, mövcud dəmir yolu infrastrukturu ilə uyğunlaşa bilən sistemin tətbiqi, nəzərdə tutulan tələbatın çox olması ilə əlaqədar yüklənmənin olacağı yerlərdə avtobus əlaqələndirməsinin təmin edilməsi nəzərdə tutulub.
2027-ci ilədək:
- Tramvay sisteminin Bakı Dəmiryolu vağzalı ilə (mərkəzi nəqliyyat qovşağı) əlaqələndirilməsi;
- Bakı Limanı sahəsinin dəmir yoluna birləşdirilməsi;
- mərkəzi Bakı Stansiyasının dəmir yolu qovşağı kimi tamamlanması;
- giriş/çıxış edən sərnişinlər üçün bir nəqliyyat vasitəsindən digərinə keçidin asanlaşdırılması;
- əsas mərkəzi yeraltı parklanma sahəsinin (Hökümət Evinin yanı) dəmir yolu ilə əlaqələndirilməsi;
- Bakı Bulvarı ilə İçərişəhər ərazisinin relsli ictimai nəqliyyat xətləri ilə əlaqələndirilməsi;
- “Ağ şəhər” və “Port Baku” ərazisinin dəmir yolu əlaqəsinin təkmilləşdirilməsi:
- “Ağ şəhər” bulvarı xəttinin yaradılması;
- Mərkəzi “Ağ şəhər” xəttinin salınması. 28 May dəhlizinin inkişafının davam etdirilməsi:
- Mərkəzi Bakı Stansiyası ilə Tofiq Bəhramov adına Respublika Stadionu arasında birbaşa əlaqənin yaradılması;
- Gənclik metro stansiyasının çoxmodallı qovşaq kimi inkişafı;
- şəhər daxilinə birbaşa və mərkəzi Şimal-Cənub əlaqəsinin yaradılması;
- yaşıl və qırmızı metro xətləri arasında əlaqənin qurulması. Binəqədi ərazisinin dəmir yolu əlaqəsinin təmin edilməsi;
- dəmir yolu vasitəsilə Binəqədi və Bakı Dəmiryolu vağzalı arasında tramvay nəqliyyatı əlaqəsinin yaradılması.
2040-cı ilədək - tramvay əlaqəsinin cənub-qərbə doğru uzadılması;
- təklif olunan mərkəzlərin yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemləri vasitəsilə şəhər mərkəzi ilə əlaqələndirilməsi;
- cənub-qərb istiqamətində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi. Şəhər inkişaf layihələrinin həyata keçirildiyi ərazilərdə dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi;
- relsli nəqliyyat sistemlərinin şəhəri tam əhatə etməsinə nail olunması;
- Nəriman Nərimanov prospekti ətrafındakı şəhər inkişaf ərazilərində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi;
- “Təmiz Şəhər” ərazisinin yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat vasitəsilə əlaqələndirilməsi;
- “Ağ şəhər”in şərq hissəsində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin daha da genişləndirilməsi;
- Bakının mərkəzinin şərq hissəsində qarşılıqlı əlaqələndirmənin təmin edilməsi;
- Tramvay-qatar sistemi üçün keçid nöqtələrinin əlavə olunması;
- Bakı şəhər mərkəzi ilə Binəqədi arasında əlaqənin gücləndirilməsi;
- Dərnəgül dəmir yolu magistralına qoşulma;
- dəmir yolu magistralının son 11 km-lik hissəsinin yüklənmədən azad olunması;
- şəbəkənin gücləndirilməsi (ehtiyat variantlar, sistemin rezervləşdirilməsi).
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:20 / 08.01.2024
Tramvay xətləri paytaxtın bu ərazilərində OLACAQ
Hazırda oxunan: Tramvay xətləri paytaxtın bu ərazilərində OLACAQ
Hazırda oxunan: Tramvay xətləri paytaxtın bu ərazilərində OLACAQ
172465
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.