Aygün Bəylərin həbsdə olan qardaşı dəfnə buraxılacaq? - RƏSMİ AÇIQLAMA - FOTO

Hazırda oxunan: Aygün Bəylərin həbsdə olan qardaşı dəfnə buraxılacaq? - RƏSMİ AÇIQLAMA - FOTO

172463

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi başlayıb.

Mərasim S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçirilir. Sənət dostları A. Bəylərlə vidalaşmaq üçün bura toplaşıblar. 

Bizim.Media “manset.az”a istinadən xəbər verir ki, mərhumun həbsdə olan qardaşı Abbas Hümmətova bacısının dəfn mərasimində iştirak üçün icazə verilməyib. 

Pentensiar Xidmətdən bildirilib ki, A.Hümmətovun törətdiyi cinayətin ağırlıq dərəcəsi nəzərə alınaraq, adıçəkilən məhkumun bacısının dəfnində iştirakı imkan xaricindədir. Onun cəzaçəkmə müəssəsinin hüdudlarından kənara buraxılması üçün əsaslar müəyyən edilməmişdir. 
Qeyd edək ki, Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazov 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovu qətlə yetirərək Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar. Hüquq mühafizə orqanları əməkdaşları tərəfindən cinayətin üstü açılıb. Məhkəmənin hökmü ilə Abbas Hümmətov 14 il müddətinə həbs edilib.  





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin