“Artıq Azərbaycanda 1 milyondan çox peyvənd vurulub”.
Bizim.Media xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov özünün “Twitter” hesabında bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Artıq ölkələr qapanmalara gedir” – Prezident köməkçisi
O, vətəndaşları peyvəndlənməyə çağırıb: “Heç bir ciddi fəsad müşahidə edilməyib. Özünüzü və əzizlərinizi qorumağın, normal həyata qayıtmağın yeganə yolu peyvədlənmədir!”.
Bizim.Media
Azərbaycanda artıq 1 milyondan çox #peyvənd vurulub! Heç bir ciddi fəsad müşahidə edilməyib. Özünüzü və əzizlərinizi qorumağın, normal həyata qayıtmağın yeganə yolu peyvədlənmədir! pic.twitter.com/tunix5CXKs
— Shahmar Movsumov (@ShahmarM) April 8, 2021