BİZİM TƏQVİM: 8 yanvarda hansı tarixi hadisələr baş verib?

Hazırda oxunan: BİZİM TƏQVİM: 8 yanvarda hansı tarixi hadisələr baş verib?

172407

Azərbaycan Respublikası ərazisində yerləşən qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı 463-cü ilin bu günü Qəbələdən Bərdə şəhərinə köçürülüb.

Bəs, yanvarın 8-də dünyada daha hansı hadisələr baş verib?

1. 8 yanvar 1547-ci ildə Iitva dilində ilk kitab olan “Martines Majvidasin katexizmi” nəşr olunub.

2. 1900-cu ilin 8 yanvarında Alyaska rəsmən ABŞ-ın idarəetməsinə keçib.

3. Birinci Dünya Müharibəsində Çanaqqala Cəbhəsində Türkiyənin müqavimətini qıra bilməyən və geriçəkilmə qərarı verən müttəfiq qüvvələrin son hərbi birlikləri 1916-cı ilin 8 yanvarında Çanaqqaladan çıxmağa başladı. Bir gün sonra 5-ci Ordu komandiri Otto Liman von Sanders Gelibolu yarımadasında müttəfiq əsgəri qalmadığını Baş Komandanlığa teleqrafla bildirdi.

4. 8 yanvar 1940-cı ildə İkinci Dünya Müharibəsi səbəbilə Böyük Britaniyada qida rasionu tətbiq edilib.

5. 1959-cu ilin bu günündə Şarl de Qoll Beşinci Fransa Respublikasının ilk prezidenti olub.

6. 8 yanvar 1977-ci ildə Moskvada eyni zamanda bir neçə terror aktı törədilib.

7. 1992-ci ilin bu günü ermənilər “Krasnovodsk-Bakı” dəniz sərnişin bərəsində terror aktı törətdilər. Hadisə nəticəsində 25 adam həlak oldu, 88 nəfər yaralandı.

8. 8 yanvar 2016-cı ildə dünyanın ən güclü narkotik alverçisi kimi tanınan Xoakin “El Çapo” Quzman Meksikadakı yüksək təhlükəsizlik həbsxanasından qaçdıqdan sonra yenidən həbs olunub.

8 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Venesiyada bir tacir ailəsində anadan olan məşhur səyyah Marko Polo (Marco Polo) 1324-cü ilin bu günü 70 yaşında dünyadan köçüb.

2. Müasir fizika və astronomiya elmlərinin baniləri arasında yer alan İtaliya alimi Qalileo Qaliley (Galileo Galilei) 1642-ci ilin bu günü 79 yaşında dünyadan köçüb.

3. Azərbaycan sərkərdəsi, general Əmənulla xan Qacar 1862-ci ildə Qarabağın mərkəzi Şuşada anadan olub. Sankt-Peterburqda hərbi kadet korpusunu bitirdikdən sonra 9-cu piyada kazak diviziyasının komandiri olan Əmənulla xan Birinci Dünya Müharibəsi illərində Avstriya cəbhəsində döyüşüb.

4. General-mayor Əmənulla xan Qacar 1918-1920-ci illərdə dörd general qardaşı ilə birlikdə Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib. Boşleviklər Azərbaycanda hakimiyyətə gəldikdən sonra o, İrana gedib, Tehranda yaşayıb və 1937-ci ildə 75 yaşında dünyadan köçüb (1862-1937).

5. 8 yanvar  1920-ci ildə Azərbaycan teatr və kino aktrisası Leyla Bədirbəyli anadan olub. O, Azərbaycan SSR xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları laureatı olub. 1937–1942 illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti olub, 1942–1975 illərdə isə Akademik Dözlət Dram Teatrında çalışıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin