2024-cü ildə yeniliklərdən çox başladığımız işləri tamamlamağı düşünürük.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində bildirib.
O qeyd edib ki, işlər yarımçıq qalmamalıdır.
Nazirin sözlərinə görə, qarşıdakı 10 il elm və təhsil sahəsində prioritet Böyük Qayıdış olacaq:
"Çünki proses çox sürətli olmalıdır. Bu il 5 məktəbdən danışırıqsa, 2026-ci ilə qədər 100-dən artıq məktəbin fəaliyyəti bərpa olunmalıdır. Bu, öz-özlüyündə mürəkkəb prosesdir. Ona görə ki, məcburi köçkün məktəbləri bağlanır və işğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılır. İnsanlar öz yurdlarına qayıdır.
Bizim müəllimlərimizin əksəriyyəti də sevinə-sevinə qayıdırlar. Ümumiyyətlə, çox böyük tələb görürük. Ağalı məktəbində 10-11 yerə bir neçə yüz müəllim müraciət etmişdi. Bu, çox yaxşı haldır. Proses davam edəcək. O cümlədən Qarabağ Universiteti 2024-cü ilin əsas layihələrindən, təşəbbüslərindən biri olmalıdır.
Bu universitetə qayıdış və 2024-cü ilin sentyabrında Xankəndidə artıq azərbaycanlı tələbələrin tədrisinin təşkili qürurverici bir istiqamətdir. Həm də düşünürəm ki, bu da kifayət qədər ambisiyalı prosesdir. Digər yandan sertifikatlaşdırma prosesi davam edəcək.
Daha 30 min müəllimi prosesə cəlb edəcəyik. Bu o deməkdir ki, onların böyük əksəriyyətinin ya əməkhaqqı artacaq və ya əmək haqlarına əlavələr edilməklə gəlirləri artacaq".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:13 / 07.01.2024
2024-cü ilin sentyabrında Xankəndidə azərbaycanlı tələbələr OXUYACAQ
Hazırda oxunan: 2024-cü ilin sentyabrında Xankəndidə azərbaycanlı tələbələr OXUYACAQ
Hazırda oxunan: 2024-cü ilin sentyabrında Xankəndidə azərbaycanlı tələbələr OXUYACAQ
172404
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.