2040-cı ilədək gözlənilən əhali artımını nəzərə alaraq, qəbiristanlıq ərazilərin təqribən 130 hektar genişləndirilməsi və şəhər üzrə qəbiristanlıqların ümumi sahəsinin təqribən 832 hektara çatdırılması tələb olunacaq.
Bizim.Media xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, qəbiristanlıqlar üçün ayrılmalı ərazi sahəsi ilə bağlı qiymətləndirmələr beynəlxalq normalar üzrə adambaşına qəbul edilən sahəyə əsaslanır.
Bu standartların qiymətləndirilməsi yerli normalarla beynəlxalq normalar arasında fərqin çox kiçik olduğunu göstərir. Qəbiristanlıqlar üçün sahə, bir qayda olaraq, adambaşına 2,4 kvadratmetr qəbul edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qeyd edilən normalarla uyğunluq təşkil edir. Baş Plan çərçivəsində əhalinin hər 1000 nəfərinə 0,24 hektar qəbiristanlıq sahəsi qəbul edilib.
Hazırda Bakı şəhərinin inzibati hüdudları daxilində qəbiristanlıqlar təqribən 800 hektar ərazini əhatə edir.
Bundan təqribən 702 hektar aktiv qəbiristanlıq və ya xiyabanlar kimi istifadə olunur. Yerdə qalan təqribən 98 hektar qəbiristanlıq ərazi aktiv istifadə olunmur və ehtiyat kimi nəzərdə tutulur.
2040-cı ilədək gözlənilən əhali artımını nəzərə alaraq, qəbiristanlıq ərazilərin təqribən 130 hektar genişləndirilməsi və şəhər üzrə qəbiristanlıqların ümumi sahəsinin təqribən 832 hektara çatdırılması tələb olunacaq. Mövcud qəbiristanlıqlarda fəal istifadə olunmayan ərazilərin olduğunu nəzərə alaraq, növbəti iyirmi ilin tələbatını qarşılamaq üçün hazırki qəbiristanlıqların sahəsinin təqribən 32 hektar genişləndirilməsi tələb olunacaq.
Bununla yanaşı, uzunmüddətli perspektivdə qəbiristanlıqlar üçün kifayət qədər sahənin nəzərdə tutulmasını təmin etmək üçün Bakı şəhərinin Baş Planı çərçivəsində qəbiristanlıqların genişləndirilməsi üçün müvafiq sahələr müəyyən edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən qəbiristanlıqların torpaq sahələri ən azı 300 metrlik sanitariya-mühafizə zonası nəzərdə tutulmaq şərtilə ayrılır. Bağlı elan olunmuş qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra sanitariya-mühafizə zonasının eni Səhiyyə Nazirliyinin rəyi əsasında 100 metrədək azaldıla bilər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:35 / 07.01.2024
Bakıda qəbiristanlıq əraziləri 130 hektar genişləndiriləcək
Hazırda oxunan: Bakıda qəbiristanlıq əraziləri 130 hektar genişləndiriləcək
Hazırda oxunan: Bakıda qəbiristanlıq əraziləri 130 hektar genişləndiriləcək
172402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.